İngiltərənin “Everton” klubunun futbolçusu Ueyn Runi karyerasını ABŞ təmsilçisi “DC Yunayted”də davam etdirəcək.

“Report” “Daily Star”a istinadən xəbər verir ki, 33 yaşlı forvard artıq komanda yoldaşları ilə vidalaşıb. ABŞ klubunun İngiltərə yığmasının sabiq hücumçusu üçün “Everton”a 12,5 milyon funt sterlinq təklif etdiyi bildirilir.

Qeyd edək ki, ötən yay “Mançester Yunayted”dən “Everton”a dönən Ueyn Runi yetirməsi olduğu klubla 30 iyun 2019-cu ilə qədər müqavilə bağlayıb. O, başa çatan mövsümdə iştirak etdiyi 31 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə verib.