Ekspertlər Nokianın Avropa bazarında olan hazırki vəziyyəti barədə məlumat verib.

Beləliklə 3 il ərzində HMD Global şirkəti “Nokia” markası adı altında 1.6 milyon ədəd telefon satıb. Demək olar ki, marka Avropa bazarında olan populyarlığını bərpa etməyə müvəffəq olub.

AB bazarında ilk sırada 33% payı olan Cənubi Koreya istehsalçısı “Samsung”, ikinci yerdə isə 22% hissə ilə “Apple”dayanır. Üçüncü və dördüncü yerlər isə “Huawei” və “Xiaomi” tərəfindən tutulub. “Nokia” isə 3.5 % hissə ilə beşinci sırada yer almağı bacarıb.