Amerikalı proqramçı, internet texnologiyaları sahəsində sahibkar, sosial şəbəkələrin inkişaf etdiricisi və ən əsası “Facebook”un qurucusu Mark Zukenberq çox məşğul olsa da o, ailəsinə vaxt ayırmağı və kitab oxumağı çox sevdiyini bildirib. AzEuroNews.com sizə onun seçib oxuduğu 8 kitabı təqdim edir:

İbn Xəldun- “Müqəddimə”

Müxtəlif siyasi-iqtisadi, sosial və fəlsəfi baxışları əks etdirən kitabda müasir Qazaxıstan ərazisində yaşayan türk tayfalarının tarixi və coğrafi məlumatları da yer alıb.

Vilyam Ceyms- “Dini təcrübələrin müxtəlifliyi”

Məşhur amerikalı filosof və psixoloq bu kitabda dinin həyatımıza təsirindən söz açıb.

Henri Kisinqer- “Dünya sıralaması”

Bu kitabda yazıçı dünya siyasətinin hazırkı vəziyyətini analiz edib.

Vergili-“Eneida”

Bu Roma milli eposudur. Əsərin əsas mövzusu Troya dastanından alınıb. Burada Troyanın yunanlar tərəfində dağıdılmasından sonra Eneyin qaçması və Romaya gəlməsi zamanı başına gələnlər nəql olunur.

Tomas Samuel Kun – “Elm inqilabının quruluşu”

Bu kitabda müəllif elmin tarixini təhlil edərək öz fikirlərini oxucuları ilə bölüşüb.

Liu Cixin – “Üç cisim problemi”

Bu elmi-fantastik bir əsərdir. Kitabın eyni adda filmi də çəkilib.

Mett Ridli –“Genom”

Mett Ridin bu kitabında gözlənilməz kəşflər, genetika, biologiya və kimya elmləri haqqında bilinməyən faktlar öz əksini tapıb.

İen Banks – “Oyunçu”

Kitabda məşhur oyunçu Jern Morat Qurcefin öz siyasəti göstərilib