“Facebook” sosial şəbəkəsi ilə bağlı növbəti qalmaqal üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, 3 milyon istifadəçinin şəxsi məlumatı 4 il ərzində ümumi istifadədə olub. Bu, “myPersonality” adlı psixoloji testlər mobil tətbiqinin istifadəsi səbəbindən baş verib.

6 milyondan çox insan bu testlərdən keçib. Onların yarısı layihəni “Facebook” səhifələrində paylaşmağa razılıq veriblər. Nəticədə bu məlumatlar uyğun təhlükəsizlik qaydaları olmadan yerləşdirilib. Buraya yaş, cinsiyyət, yaşayış yeri, testlərin nəticələri və digər detallar aiddir. Hazırda “Facebook”  “myPersonality” mobil tətbiqinin fəaliyyətini dayandırıb.