Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Yüzlərlə erməni əsgərini məhv edib, əsir götürən, canlı texnikasını belə ələ keçirən kəlbəcərli kəşfiyyatçı, Vətən uğurunda şəhidlik zirvəsinə yüksələn Ülfət Kərimova Milli Qəhraman adı hələ də verilmir. AzEuroNews.com xəbər verir ki, vaxti ilə Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı Aqil Uluxanlı kəlbəcərli kəşfiyyatçı Ülfət Kərimovla bağlı geniş araşdırma aparıb. Araşdırma zamanı Ü. Kərimova indiyə kimi Milli Qəhraman adının hələ də verilmədiyi bəlli olub.

Beləki, döyüş yoldaşları arasında “Tək canavar”, “Mixaylo” kimi tanınan kəşfiyyatçı barəsində komandir zabit heyəti  Müdafiə Nazirliyinə təqdimat göndərib. Məsələyə baxan nazirlik öz növbəsində təltif üçün sənədləri Prezident Administrasiyasına yönəltsə də, indiyə kimi Ülfətə Milli Qəhraman adı verilmiyib. O, yalnız  “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılıb. Ülfətin məhv etdiyi texnika, əsir götürdüyü zabit kadrlarda yer alıb. Bu dəyərli kadrlar Qarabağ müharibəsində hərbi operator olan,  MN hərbi studiyasının bədii rəhbəri Nizami Abbasa məxsusdur. Onu da xüsusilə vurğulayaq ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsi illərində partizan hərəkatında iştirakı və qəhrəmanlıqlar göstərməsi barədə həqiqətlər bir zamanlar danılsa da, eks prezident Heydər Əliyev bəzi faktları üzə çıxartdı. Görək bu məsələ necə, ədalətli həllini tapa biləcəkmi?

Qeyd edək ki, Ülfət Kərimov kəlbəcərli saz söz ustadı Dədə Şəmşirin məzarının yaxınlığında düşmən tankını məhf edərkən şəhid olub.