Rusiya prezidenti Vladimir Putin Krım körpüsünə 17 kilometrlik məsafəni “Kamaz” markalı yük maşınını idarə edərək gedib. AzEuroNews.com xəbər verir ki, bu kiçik səyahət ölkə başçısının yarım saatını alıb. Xatırladaq ki, Vladimir Putin yük maşını idarə etməyə imkan verən sənədin müvafiq kateqoriyasını 20 il əvvəl alıb.

Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O həmçinin qeyd edib ki, prezident yolun keyfiyyəti ilə bağlı ustalarla da söhbət edib.

https://www.youtube.com/watch?v=GvxH4nPlIhA