Əfsanəvi futbolçu Dieqo Maradona Belarusun “Dinamo” klubu ilə üçillik müqavilə imzalayıb.

“Ölkə.Az” xəbər verir ki, argentinalı futbolçu Brestin “Dinamo” futbol klubunun sədri olacaq.

“Dieqo Armando Maradona “Dinamo-Brest” futbol klubu ilə üçillik müqavilə imzalayıb. Futbolçu klubun sədri vəzifəsinə başlayıb”, – deyə klubun rəsmi məlumatında deyilir.

Maradona klubun strateji inkişaf məsələləri ilə məşğul olacaq. Eyni zamanda alt bölmələrinə nəzarət edəcək. Bu sıraya “Dinamo-Brest” uşaq futbol akademiyası da daxildir.

Qeyd edək ki, Rusiyada futbol üzrə keçirilən dünya çempionatı başa çatdıqdan sonra Maradona rəsmən işə başlayacaq.