AzEuroNews.com ► ► ► Gürcüstan DİN Baş Cinayət Polis İdarəsinin narkotiklə mübarizə əməkdaşları 1976-cı ildə anadan olmuş Azərbaycan vətəndaşı Z.N. külli miqdarda narkotik saxlama ittihamı ilə saxlayıblar. AzEuroNews.com Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hüquq müdafiəçiləri Poniçala (Soğanlıq) qəsəbəsində Azərbaycan vətəndaşı Z.N-dən qablaşdırılmış və dikdaban ayaqqabıda gizlədilmiş halda 4 paket heroin (324,93 qram) aşkar ediblər.

Faktla bağlı cinayət işi qaldırılıb. Cinayət törədəni 8-ildən 20 ilədək və ya qeyri-müəyyən müddətə həbs gözləyir.