Milyonlarla insan oruc  tutan zaman diş fırçalamağın düzgün olub olmadığı ilə maraqlanır.

AzEuroNews.com bildirir ki, diş həkimlərinin fikirlərinə görə diş məcunu udulmadığı halda dişləri fırçalmaq orucu batil etməz.

Din alimləri də bildiriblər ki, su və məcun udulmadığı təqdirdə  oruc pozulmaz. Ancaq orucun pozulmasından narahat olanlar yaxşı olardı ki, məcun istifadə etməsinlər.

Həmçinin ağız qoxusunun qarşısını alan saqqız və ya spreylərin udulmasından qaçmaq çətin olduğu üçün bu cür yöntəmlərdən istifadə etməmək məsləhət görülür.