Türkiyədə məşhur şəxslərin də adının hallandığı narkotik qalmaqalı ilə bağlı yekun qərar açıqlanıb.

“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul 19-ci Ağır Cinayətlər Məhkəməsi tanınmış aktyor Çağatay Ulusoy və Gizem Karacaya “narkotik maddə ticarəti” ittihamı ilə 4 il 2 ay həbs cəzası verib.

Eyni ittihamla Cenk Erenə isə 6 il 3 ay həbs cəzası verilib.

Qərar təsdiqlənərsə sözügedən tanınmışlar həbs yatacaqlar.