Foto: deutschland.de
Foto: deutschland.de

Tərcümə Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniya fikir və söz azadlığına yüksək dəyər verən Avropa ölkələrinin sırasında bəlkə də birincidir. AzEuroNews.com “Deutschland.de”yə istinadən xəbər verir ki, bu azadlıqlar Alman Konstitusiyasının (Əsas Qanunun) beşinci elementi ilə demokratiyanın əsasları kimi qorunur: “Hər kəs öz fikirlərini şifahi, yazılı və vizual olaraq açıq mənbələrlə məhdudlaşdırmadan ictimaiyyətə ifadə etmək və yaymaq hüququna malikdir. (…) Senzura yoxdur”.

“Mətbuat və sənət dövlətin qoruması və nəzarətində ola bilməz. Bunu təklif edən hər kəs azad cəmiyyətin məhvinə səbəb olur” © Georg Baselitz

Almaniyada qəzet, radio və televiziya

Qəzetlər, hökumət tərəfindən deyil, kommersiya məqsədləri üçün xüsusi media qurumları tərəfindən hazırlanır və nəşr olunur. Radio və televiziya sahəsində dövlət radio və televiziya verilişləri müstəqil məlumat, təhsil, mədəniyyət və əyləncə sahəsində əsas tələbləri yerinə yetirmək üçün hazırlanır və Almaniyadakı hər bir evdən onların maliyyələşdirilməsi üçün xüsusi töhfə verilir. Bundan əlavə, reklam vasitəsilə maliyyələşdirilən proqramları yayımlayan böyük bir xüsusi radio və televiziya qrupu var.

Jurnalistika prinsipləri

Jurnalistlər cəmiyyətə görə hər zaman məsuliyyət daşıyırlar. Onların vəzifəsi fikir və söz azadlığının formalaşmasına yardım etməklə ictimaiyyəti məlumatlandırmaq və səhvləri aşkar etməkdir. Alman Mətbuat Şurasının nəzarəti altında, Almaniyada jurnalistikanın əsas qaydaları olan “Press kodeks” var. Alman oxucuların diqqət etdiyi əsas məqam budur: “Allensbach Thought Research” İnstitutu tərəfindən aparılan bir sorğunun nəticələrinə görə, hər 10 almandan 9-u jurnalist araşdırmalarının Almaniyada cəmiyyət və demokratiya üçün önəmli rol oynadığını düşünür. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Almaniyanın çoxsaylı media dünyasını və yüksək jurnalistika standartlarını hər zaman əla qiymətləndirir. Onların hesabatlarına görə, “Press kodeks”ə əməl edən junalistlər “yalan xəbərlər” nin təsirini məhdudlaşdırır.

Almaniyada:

► 327 günlük, 21 həftəlik qəzet var

► 5600 qəzet və jurnal nizamlı şəkildə yayımlanır

► 16.8 milyon: ölkədə çap olunan qəzetlərin toplan tirajı

► 94 %: qəzet oxuyanların sayı

► 36 dəqiqə: Almanların gündəlik qəzet oxumağa ayırdıqları vaxt

► 12 milyon: Qəzetləri onlayn oxuyan oxucuların sayı

► 800 min: Elektron qəzetlərin sayı

Dünyanın beşinci böyük qəzet bazarı

Almaniyada 327 gündəlik qəzet, 21 həftəlik qəzet və şənbə-bazar qəzeti həm dünya, həm də ölkə gündəmi haqqında xəbər verir. Bu qəzetlərin ümumi dövriyyəsi təxminən 19 milyondur. Bununla yanaşı, ümumi ictimaiyyətdə 1600 jurnal və 4000-ə yaxın sayda mütəxəssislər üçün müxtəlif dövri nəşrlər var.

Almaniya, Çin, Hindistan, Yaponiya və ABŞ-dan sonra dünyanın ən böyük beşinci qəzet bazarına sahibdir. Alman Federal Mətbuat Yayım Birliyinin məlumatına görə, Alman dilli ölkələrdə çap və rəqəmsal qəzetlərin gündəlik dövriyyəsi əhalinin 3/4-nə çatır.

Elektron qəzet

Kağız qəzetin dövriyyəsi getdikcə azalır, çünki relektron qəzet oxuyan insanların sayı artmaqdadır: Almaniyada iki internet istifadəçisindən biri müntəzəm olaraq onlayn qəzet və dövri nəşrlərdən istifadə edir. Qəzetlər və dövri nəşrlər məhsullarını, eləcə də internet qəzetlərini və mobil tətbiqlərini dərc edir, Twitter, Facebook və Snapçat kimi sosial şəbəkələrdə yayırlar. Hal-hazırda, elektron qəzetlərin dövriyyəsi təxminən 800.000-dir.