Xəbər verdiyimiz kimi, məşhur avtoritet Rövşən Lənkəranski bu gün son mənzilə yola salınıb.
“Qafqazinfo”nun Lənkəranda olan əməkdaşlarının verdiyi məlumata görə, Lənkəranski ilə vida mərasiminə bir çox tanınmış şəxslər qatılıb. Onların arasında məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov da olub.
Qeyd edək ki, dünən Lənkəranskinin cənazəsi Mübariz Mənsimovun təyyarəsi ilə Azərbaycana gətirilmişdi.