“Papito” mahnısı ilə dünyada məşhurlaşan və sevilən müğənni Seeya yenə diqqət mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, çoxsaylı konsert və tədbirlərdə qonaq olan və bu səfərlər sayəsində Bakını sevən sənətçi yeni mahnısının klipini də burada çəkdirmək qərarına gəlib.

Klipin çəkilişi Ukraynanın “Djafarov Creative” şirkəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, mayın 28-də ADR-in 100 illiyi münasibətilə Qəbələ stadionunda Seeyanın möhtəşəm konserti keçiriləcək.