Suriyanın paytaxtı Dəməşq və onun şəhər ətrafı rayonları tam olaraq Bəşər Əsədə sadiq qüvvələrin nəzarətinə keçib.

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Sonuncu döyüş meydanı sayılan “Yarmuk” qaçqın düşərgəsindəki qələbədən sonra, İŞİD yaraqlıları mayın 21-də ailələri ilə birgə bölgəni tərk edib.

Terrorçuları daşıyan avtobuslar Homs vilayətində terrorçuların nəzarətində olan səhralıq Əl-Bədiyə rayonuna istiqamət alıb. Dinc sakinləri daşıyan karvan isə İdlib istiqamətində yola düşüb.

300-ə yaxın sakin, qaldıqları “Yarmuk” qaçqın düşərgəsini tərk etməkdən imtina edib.