“Sarı gəlin” mahnısını erməni dilində oxuyanlara biri də əlavə edilib.

“Ölkə.Az” xəbər verir ki, bu dəfə türk müğənni Aydilge “Sarı gəlin” mahnısını erməni dilində səsləndirib.

Hadisə “Kral TV”də yayımlanan “Rota” verilişində olub. Ahmet Koç və Serkan Çağırının aparıcısı olduğu verilişə qonaq qismində dəvət edilən Aydilge “Sarı gəlin” mahnısını ermənicə oxuyub.

Onun bu hərəkəti sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.