C vitamini ilə zəngin olan itburnunun faydaları xalq təbabətinə artıq məlumdur. Bununla yanaşı mütəxəssislər də itburnun nələrə kömək etdiyini açıqlayıblar.

AzEuroNews.com bildirir ki, özəlliklə çayı ilə tanınan itburnun insan orqanizminə bilinməyən faydaları vardır. Əsasən tərkibində C vitamini olduğundan soyuqdəymə kimi xəstəliklərin müalicəsində geniş şəkildə istifadə olunur. Həmçinin titrətmə, qrip, C vitamini əskikliyi, ümumi yorğunluq kimi narahat edici hallara da müsbət təsir edir.

Araşdırmacılar sübut ediblər ki,itburnu çiçəyi irəliləyən yaş dövrlərində yaranan revmatizmaya da kömək edir. Həmçinin bu çiçəkdən hazırlanan qarışımların bədəndəki yağ səviyyəsini azaltdığı da məlum olub.

Ancaq mütəxəssislər hamilə və süd verən analara itburnu çiçəyi və onun qarışımlarından istifadə etməməyi məsləhət görüblər.