Ukrayna prezidenti Petr Poroşenko ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün “Twitter” səhifəsində yazıb.

Dövlət başçısının sözlərinə görə, tərəflər ölkələr arasında azad ticarət zonasının yaradılmasını müzakirə ediblər.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla Ukrayna ilə Türkiyə arasında azad ticarət haqda sazişin imzalanması üzrə danışıqlar prosesini sürətləndirməyi müzakirə etdik”, – deyə Poroşenko yazıb.

Ukrayna lideri əlavə edib ki, dövlət başçıları həmçinin energetika, aviasiya və müdafiə sahələrində əməkdaşlığı müzakirə ediblər.