Dünən Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bomba yüklü mikroavtobusla törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.

Milliyet xəbər verir ki, PKK internet saytında yaydığı açıqlamada Elazığ Polis İdarəsi qarşısında partlayış törətdiyini bəyan edib.

Xatırladaq ki, dünənki terror aktı nəticəsində 3 polis şəhid olub, 146 nəfər yaralanıb.