Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► “1 may 2018 –ci il tarixdə Bayram Hacıyev adlı vətəndaş “facebook “sosial şəbəkəsində “MedEra”Hospitalda ona və övladına “kobud və məsuliyyətsiz”münasibət göstərilməsi barədə video yayöb. Onun klinikaya müraciətinin səbəbi oğlunun vəziyyətinin anidən pisləşməsi olub. Lakin onun dediyinə görə klinika ona heç bir tibbi yardım göstərməyib. Belə ki, bu onun ödəniş etməməsi səbəbindən mümkün olmayıb. Bundan “qəzəblənən”vətəndaş Bayram Hacıyev sosial şəbəkədə həqiqətə uyğun olmayan populist çıxış edərək ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyib”. Bu sözləri “MedEra” hospitalının baş direktoru Qəhrəman Qəhrəmanov AzEuroNews.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində vətəndaş Bayram Hacıyev çox rahat şəkildə klinikaya gələrək bildirib ki, 21 saylı poliklinikaya müraciət edib lakin, poliklinikada uşaq kardioloqu olmadığı üçün “MedEra”Hospitala gəlib: “Klinikada ona uşaq kardioloqu olmadığını bildiriblər. Lakin buna baxmayaraq ona məcburi köçkün, həmçinin Ramazan ayı olduğu üçün endirimlərdən və pulsuz xidmətlərdən istifadə etmək imkanlarının olduğu barədə məlumat verilib. Müxtəlif analizlərdə isə ona 50 faiz endirim edə biləcəyimizi də bildirmişik. Buna baxmayaraq vətəndaş Bayram Hacıyev sosial şəbəkədə  qərəzli şəkildə çıxış edərək klinikanın  işgüzar mənafeyinə ciddi problemlər yaratmağa başlayıb. Bu isə başa düşülməzdir”.

“MedEra hospital”da daha bir uşağa qarşı rüsvayçılıq – Video

Direktor bildirib ki, vətəndaş Bayram Hacıyev əgər klinikaya qarşı qərəzli çıxışlarla davam edərsə “MedEra Hospital olaraq məhkəməyə müraciət edəciyik: “Biz klinika olaraq dövlətimizin siyasətini dəstəkləyirik və bunun üçün xalqımıza vaxtaşırı olaraq pulsuz tibbi xidmətlər göstəririk. Belə ki, bayramlarda və hər ay bir dəfə xarici və yerli həkimlərin pulsuz konsultasiyalarını təşkil edirik”.