“Dövlət Gömrük Komitəsində (DGK) vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. Sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək”.

“Report” xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq.