Ramazan ayında sağlamlığın qeydinə qalmaq, orqanizmin balansını pozmamaq lazımdır. Bunun üçün isə mütəxəssislərin bir-birindən vacib məsləhətləri var.

“Ölkə.Az” xəbər verir ki, bu məsləhətlərdən biri də iftarı bal ilə açmaqdır.

Məhz bu dövrdə təbii bal qəbul etmək xəstəliklərə qarşı bir qalxan rolunu oynayır.

Toxluq hissi verir, metabolizmaya faydalıdır

Ramazan ayında həzm sistemi və mədəmiz fərqli işləyir. Bal bu dövrdə həzmi asanlaşdırır. Bal eyni zamanda metabolik stresi də azaldır.
Təbii bal qara ciyərdən toksinləri təmizləyir. Eyni zamanda yuxunu da normala salır.

Orucu bal və şərbətlə açmaq

Orucu bal və şərbətlə açmaq mədəyə xeyirdir. Boş mədəyə qəbul edilən bal mədə turşusunu neytrallaşdırır. Bal qəbzliliyin qarşısını alır, qanı təmizləyir, damarları genişləndirir. Bundan başqa ürəyi qüvvətləndirir, yağ həzmini asanlaşdırır.

Sahurda bal yemək

Sahurda iki çay qaşığı bal yemək lazımdır. Çaya bal əlavə edib içmək gün ərzində susuzluq hissinin qarşısını alır. İlıq suya 1 çay qaşığı bal əlavə edib içmək isə bağırsaq hərəkətlərini artırır və orqanizmin şişkinliyinin qarşısını alır.