“Liverpul” üzərində qələbə ilə Çempionlar Liqasını qazanan “Real”ın ulduzu Kristiano Ronaldo final matçından sonra maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, 5-ci dəfə ÇL-də qalib olan portuqaliyalı oyunçu ayrılıq “siqnallar”ı verib.
O, karyerası ilə bağlı yaxında açıqlama verəcəyini deyib: “Real”da oynamaq çox gözəl idi. Həmişə mənə dəstək olan azarkeşlərə qarşıdakı günlərdə gələcəyimlə bağlı lazımi açıqlamaları verəcəm”.
İspaniya və Avropa mətbuatında geniş rezonans yaradan açıqlamalar Ronaldonun ayrılıq mesajları kimi dəyərləndirilib.