İstanbul boğazındakı “15 iyul şəhidləri” körpüsü mayın 27-də gecə saatlarından səhərədək Azərbaycanın üç rəngli bayrağının rənglərində işıqlandırılıb.

AzEuroNews.com AZƏRTAC-a istinadən xəbər verir ki, körpünün işıqlandırılması mayın 28-də də davam edəcək.

Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyi arasında əldə olunub.

Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.