Rusiyalı iş adamı Roman Abramoviç bazar ertəsi günü vətəndaşlıq almaq üçün İsrailə qəlib.

APA-nın “Trend”ə istinadən xəbərinə görə, bir neçə saat ölkədə qaldıqdan sonra R.Abramoviç yəhudi dövlətini tərk etdi.

“Vətəndaşlığı almaq üçün gəldi, bir neçə saat ölkədə qaldı və İsraili tərk etdi” xəbərdə deyilir.

“Times of Israel” qəzetin bildirdiyinə görə, müvafiq prosedur qaydalarına uyğun olaraq Abramoviç hava limanında daxili yəhudi pasportunu alıb. Verilən məlumata əsasən o, artıq İsrailin Moskvadakı səfirliyində İsrail vətəndaşlığı almaq üçün lazımi sənədləri doldurmuşdu.

Beləliklə, Abramoviç, təxminən 12,5 milyard ABŞ dollarlıq vəsaiti ilə İsrailin ən zəngin adamı olub.

İsrailin bir başqa qəzeti, “İsrail Hayom”, mayın 24 Abramoviçin ingilis vizasını almaqda ploblemlərlə üzləşdikən sonra İsrail vətəndaşılığını almaq qərarına gəldiyini bildirir. Xatırladaq ki, İsrail və Böyük Britaniya arasında vizasız rejim həyata keçirilir.