Rusiya Hindistana altı milyard dollar dəyərində bir neçə ədəd S-400 “Triumf” zenit-raket kompleksi göndərməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu məlumatı RBK agentliyinə Rusiya Müdafiə Nazirliyindəki mənbə verib.

“Söhbət beş bölükdən, yəni 10 diviziyadan gedir”, – mənbə bildirib.

Onun sözlərinə görə, tərəflər S-400-lərin satışı ilə bağlı memorandumu mayın 28-də imzalayıblar. Sazişin dəyəri 6,2 milyard dollardır.