Şənbə günü “Real Madrid”lə Çempionlar Liqasının final matçında çiynindən zədələnən Məhəmməd Salahın Dünya Çempionatında oynayıb-oynamayacağı sual altında idi. Serxio Ramos ilə mübarizədə zədələnən 25 yaşlı “Liverpul”lu hücumçu Salah Dünya Çempionatının Misir-Uruqvay matçında meydanda olacağı gözlənilir. Bu
Modern.az xəbər verir ki, bu səhər Misir millisinin həkiminin verdiyi məlumata əsasən, Salahın zədəsi çox ciddi deyil və ilk matç günü meydanda olacaq. Bu məlumatı həmçinin Misir futbol assosiasiyasının prezidenti Hani Əbu Rida da təsdiqləyib.

Xatırladaq ki, Dünya Çempionatında Misir millisi ilk oyununu 15 iyun tarixində Uruqvaya qarşı keçirəcək.