Fast food restoranı KFC artıq öz menyusunu dəyişdirərək sağlam qidalara üstünlük verməyi qərara alıb.

AzEuroNews.com bildirir ki, KFC restoranlar zəncirinin rəhbəri bildirib ki, restoran artıq 2025-ci ildən öz siyasətini dəyişdirərək daha sağlıqlı və aşağı kalorili qidaları təqdim etməyi düşünür. Bundan başqa menyuda aşağı və sıfır kalorili içkilər də yer alacaq. Burada həmçinin pəhrizdə olanlar və vegeteriyanlar üçün də ayrıca menyu təklif olunacaq.

Xatırladaq ki, digər fast food restoranı McDonalds artıq bir neçə ildir ki, müştərilərinə öz menyularında kök çubuqları və meyvə də təklif edir.