ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, arsenik trioksidin aşağı dozada toksik maddəsi qan xərçənginin qarşısının alınmasına yardım edir. Zəhər həm də bir çox bədxassəli xəstəliklərin müalicəsində istifadə oluna bilər.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress”in press-relizində verilib.

Mütəxəssislər nanobinlər meydana gətiriblər ki, bu da özündə arsenik birləşmələri ehtiva edən sferik liposomları birləşdirir. Nanobinlər qan axınına düşür, şiş hüceyrələrinə çatır, burada zəhəri toplayır, bədxassəli hüceyrələri öldürür, ancaq sağlam hüceyrələrə heç bir zərər vermir.

Bu zaman şiş ətrafında formalaşan xırda qan damarları liposomların toplanmasına kömək edir, bu isə öz növbəsində nanobinlərin tərkibindəki arsenik birləşmələrin əriməsinə səbəb olur.

Heyvanlar üzərində aparılan yoxlamalar onu göstərir ki, bu maddə xərçəng hüceyrələrinin məhv olunmasında effektivdir.