ABŞ prezidenti Donald Tramp fotomodel və aktrisa Kim Kardaşyanla görüşüb.

Oxu.Az xəbər verir ki, o, bununla bağlı “Twitter“ hesabında məlumat verib və foto paylaşıb.

Görüntüdə Trampın kabinetində stolunda əyləşməsi, Kardaşyanın isə onun sağ çiyni tərəfdə ayaq üstə dayanması əks olunub.

Amerikalı liderin sözlərinə görə, onlar həbsxana islahatlarını və oxunan hökmləri müzakirə ediblər.