Ece Uslu, 4 il Avşar Film imzalı “Karagül” serialında rol aldıqdan sonra bir müddət istirahət qərarı almışdı.

Aktrisa, serialda canlandırdığı 3 uşaqlı fədakar və travma üzərinə travma yaşayan Ebru Şamverdi xarakteri üzündən də bir müddət faciədə oynamağı düşünmürdü. Ancaq Uslunun bu qərarından imtina etdiyi öyrənilib.

Bodrum və Çeşmedə yaz boyu istirahət edən Ece Uslunun, “Elvan” serialından gələn təklifi qəbul etdiyi danışılır.

Məşhur aktrisa, son anda bir dəyişiklik olmasa, yenə fədakar ana rolu ilə tamaşaçıyla görüşəcək. Hazırlıqları başlayan serial, FOX TV-də tamaşaçıyla görüşəcək.