Mayın son günü Rusiyaya qar yağıb.

Trend-in məlumatına görə, gündüz saatlarından Kirov şəhərinə qar yağmağa başlayıb.

Hazırda Kirov vilayətində mənfi 3 dərəcə temperatur müşahidə olunduğu qeyd edilir. Şaxtalı havanın yayın ilk günlərində də olacağı proqnozlaşdırılıb.

Havanın mənfi 5 dərəcəyə qədər soyuyacağı bildirilir.