Avropa Birliyi bir dəfəlik istifadə olunan plastik qablara qadağa planı hazırlayıb. Ətraf mühit və dənizin çirklənməsinə səbəb olan bu məhsulları demək olar ki, gündəlik həyatımızda tez-tez istifadə edirik. AzEuroNews.com bildirir ki, bunlar qulaq çöpləri, plastik boşqab, çəngəl, qaşıq, plastik siqaret başlıqları və yaş dəsmallardır. Statistikalar göstərir ki, hər il 300 milyon ton plastik məhsul istehsal olunur və  bunun da 10 milyon tonu dəniz və okeanlara qarışır. Plastik məhsulların ətraf mühiti çirkləndirməklə yanaşı insan sağlamlığına da zərər vurduğu elmi cəhətdən sübut olunub.

Hazırlanan qadağa Avropa Birliyi ölkələri tərəfindən qəbul olunarsa, insan sağlığı üçün təhlükə yaradan məhsulların alternativ versiyaları yenidən yaradılacağı düşünülür.