NASA hazırladığı “R5” robotunu (“Robonot 5”) Marsda idarə edə biləcək heyət axtarır.

NASA tərəfindən təşkil edilən yarışmaya qatılacaq komandalar “Robonot 5”-i Marsın çətin hava şəraitinə bənzər vəziyyətdə idarə edəcək.

Yarışma üçün müraciətlər artıq başlayıb. Birinci seçim turu sentyabr-noyabr aylarında olacaq. Finala çıxan komandaların adları dekabrda açıqlanacaq və təcrübələr 2017-ci ildə həyata keçiriləcək.

Komandalar robotu qum fırtınalarında idarə edib, kosmos avadanlıqlarını təmir edəcək.

Qalib olan komandaya 1 milyon dollarlıq pul mükafatı veriləcək.

Qeyd edək ki, NASA müxtəlif planetlərə R5 və oxşar robotları göndərərək, planetləri araşdırmağı planlaşdırır.