ABŞ-ın birinci xanımı Melaniya Tramp sonuncu dəfə 10 may tarixində ictimaiyyət qarşısına çıxmışdı.

“Ölkə.Az” xəbər verir ki, 3 həftə sükuta çəkilən Melaniya Tvitterdə paylaşım edib.

Melaniya may ayında böyrək əməliyyatı keçirib.  Iddiaya görə, Melaniya səhhətini və ailəsini qorumaq üçün ictiamiyyətdən uzaq durub. 3 həftə sonra isə Melaniya Tvitterdə “Mən yaxşıyam” yazısını paylaşıb.

Trampdan fərqli olaraq sosial mətbuatdan çox istifadə etməyən birinci xanım yazıb:

“Mətbuatda mənim harada olduğum və nə işlə məşğul olduğum barədə iddialar görürəm. Mən ailəmlə birlikdə Ağ Evdəyəm. Özümü əla hiss edirəm. Uşaqlarım və amerikan xalqı üçün işləyirəm”.