Məşhur futbol mütəxəssisi, İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Aleks Ferqüson cari ilin mayında insult keçirdikdən sonra yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı Ferqüson özünü yaxşı hiss edir, ayaq üstdə möhkəm durur və artıq avqustda keçmiş komandasının oyunlarına getməyi planlaşdırır.

Ser Aleks Ferqüson mayın 5-də beyninə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Məşqçi 1986-2013-cü illərdə “Mançester Yunayted” klubuna başçılıq edib. Bu dövr ərzində komanda ilə ölkə çempionatında 13 titul, Çempionlar Liqasında isə 2 kubok qazanıb.