Ölkənin ən bahalı və ən reytinqli şousu – “Maşın” şounun 16-cı sürəti davam edir.

“Ölkə.Az”ın məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır.

Maşın uğrunda mübarizədə növbəti gizli səsvermənin nəticələrinə görə, iştirakçılar bu dəfə reper Uranı SMS səsverməsinə çıxarıblar.

O, səs topladığı təqdirdə verilişdən aparıcı Azər Axşamı uzaqlaşdıracağını deyib.

Uran sonda 73,73 faiz səs toplayıb. Reper sözünün üstündə durub və verilişdən Azəri uzaqlaşdırıb.

A.Axşam proqramda son nitqini söyləyib:

“Biz burada bir yarışmaya gəldik. Yarışdıq və hər kəsin taktikasını alqışlayıram. Verilişə gəlmədən öncə demişdim ki, məğlubiyyəti gözə almayan insanın burada işi yoxdur. Bir də hər zaman bir dua edirəm, Allah deyirəm ki, xeyirlisi nədirsə, o da olsun. Deməli, bunlardan ayrılmaq mənə xeyirdir”.

Sonda Murad, o məşhur ifadəni Azər Axşam üçün səsələndirib: “Maşın əldən getdi”.