“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalından bir neçə həftə öncə komanda yoldaşlarına mövsümün sonunda klubdan ayrılmaq istədiyini deyib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu qərarını klubdakı vəziyyətin onu qane etməməsi ilə əlaqələndirib.

Xəbərdar olmalarına rəğmən, “Real”ın futbolçuları Ronaldonun “Liverpul”la final matçından sonra açıq şəkildə bu yöndəki fikirlərini bəyan etməsindən narazı qalıblar. Hətta kapitan Serxio Ramosun oyundan sonra 33 yaşlı oyunçuya xəbərdarlıq etdiyi yazılır. Rəhbərlik də öz növbəsində Ronaldo ətrafında yaranan vəziyyətdən razı deyil.