Azərbaycan avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 36-cı yeri tutub.

Trend-in məlumatına görə, bu 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısında əksini tapıb.

Reytinqdə 137 ölkə mövcuddur. Yolların keyfiyyəti 7 ballıq şkala üzrə həyata qiymətləndirilib.

Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan bir çox qonşu dövlətləri geridə qoyub: Ermənistan (85 yer – 3,7 bal), Gürcüstan (82 yer – 3,8 bal), Rusiya (114 yer – 2,9 bal), Qazaxıstan (115 yer – 2,9 bal), Ukrayna (130 yer – 2,4 bal). Türkiyə isə 5 balla 30-cu pillədə qərarlaşıb.

Dünyanın ən pis yolları: Mavritaniya (2 bal), Konqo Demokratik Respublikası və Haiti (hər ikisi 2,1 bal).

Reytinqə başçılığı Biləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur (6,3 bal) və İsveçrə (6,3 bal) edirlər. İlk onluğa həmçinin Honkonq (6,2 bal), Niderland (6,1 bal), Yaponiya (6,1 bal), Fransa (6 bal), Portuqaliya (6 bal), Avstriya (6 bal) və ABŞ (5,7 bal) daxil olublar.