Türk komediyasında satış rekordları qıran “Receb İvedik”in növbəti filmi gəlir.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbər görə, bu haqda aktyor Şahan Gökbahar məlumat verib.

O, sosial mediadan “Receb İvedik 6”-nın afişasını nümayiş etdirib.

Film 2019-cu ildə ekranlara çıxacaq.

Şahan Gökbakar afişanın altından bu sözləri yazıb: “Receb İvedik 6, Afrika… Gülməyə hazırsınız?”

Bununla aktyor filmin Afrikada keçəcəyini bəyan edib.