Perfume

Hollivud ulduzları və dünya liderləri üçün xüsusi ətir hazırlayan ətriyyatçılar ətirlə bağlı doğru bilinən yanlışlar haqqında məlumat veriblər. Mütəxəssislər bildiriblər ki, insanlar əsasən burun zövqlərinə görə ətir seçirlər. Ancaq burada dəri sağlığına da diqqət yetirilməlidir. Bir ətirin qoxusu sizə xoş gələ bilər ancaq onu dəri qəbul etmirsə, qısa müddətdə vurduğunuz qoxunun itmə ehtimalı yüksəkdir.

Mütəxəssislər orginal və saxta ətirləri ayırd etmə üsulları haqqında da məlumat veriblər. AzEuroNews.com bildirir ki, orginal parfümün qoxusu dərinizə sıxdıqdan 3-4 dəqiqə sonra, saxta ətirin isə qoxusu həmin an ətrafa yayılır. Həmçinin ekspertlər iş görüşmələrinə gedərkən yüngül ətirlərdən istifadə etməyi və ya heç istifadə etməməyi məsləhət görüblər.

Parfüm haqqında deyilən yanlışlardan biri də ətirin qulaq dibinə sıxılmasıdır. Parfümü boyundan aşağı enən bölgəyə, qolların iç qisminə, kişilərdə isə qolların üzərinə, sinə, dirsək və diz qapağının arxa bölgələrinə vurulması daha məqsədə uyğundur.

Adətən ətir seçərkən burun yorulur və iy alma qabiliyyətini itirir. Həmin an qəhvə iyləmək məcburiyyətində qalırıq. Ancaq qəhvə buruna şok təsiri verərək sonradan bəyənməyəcəyimiz ətiri bizə seçdirir.

Ətir seçərkən çalışın ki, kağız çubuqlara deyil, biləklərinizə sıxıb yoxlayın. Biləklərə sıxdıqdan 3-4 saat sonra qərar verməyiniz daha məqsədə uyğundur. O zaman seçdiyiniz ətrin sizin üçün uyğun olub olmadığını dəqiq anlaya bilərsiniz.

Getdiyiniz məkanlarda özünüzdən sonra iz qoymaq istəyirsinizsə darağınıza parfüm sıxaraq nəm halda saçlarınızı darayın. Bu üsul parfumün uzun müddət qalmasına və ətrafa yayılmasına kömək edir.