AzEuroNews.com bildirir ki, bir insan nə qədər sürətlə yeriyərsə erkən ölüm riskində bir o qədər azalar. Araşdırmalardan bəlli olub ki, erkən ölümün əsas səbəbi onkoloji və ürək damar xəstəlikləridir.

Mütəxəssislər 30 yaşlı insanlar arasında apardıqları iki illik araşdırmadan sonra qərara gəliblər ki, orta sürətlə yeriyən insanlarda 20%, sürətlə yeriyən insanlarda isə 24% erkən ölüm riski azalıb.

60 yaşlı insanlarda isə ürək-damar xəstəliklərinə tutulma riski orta templə yeriyənlərdə  46%, sürətlə yeriyənlərdə isə 53% azalma müşahidə olunub.

Həmçinin ekspertlər bildiriblər ki, mütəmadi şəkildə edilən yürüyüş xəstəliklərdən qorumaqla yanaşı artıq çəkidən azad olmağa da kömək edir.