Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Hollandiyanın baş naziri Mark Ryutte parlamentdə yer silib. AzEuroNews.com xəbər verir ki,  M.Ryutte parlament binasına daxil olarkən əlində içi dolu qəhvə stəkanı yerə düşüb.

Təmizlikçi tez dağılan qəhvəni silmək istəyərkən baş nazir onun əlindəki yer siləni alaraq özü təmizləməyə başlayıb. Ətrafdaklar bu olayı heyrətlər içində izləyiblər.

Parlamentin təmizlik işinə baxan xanımlar M.Ryattı bu hərəkətinə görə alqışlayıblar.