Androidlərdə enerjinin tez bitməsi artıq hər kəsə məlumdur. Adətən internet mağazalarından yüklənilən proqramlar enerjinin tez bitməsinə səbəb olur. AzEuroNews.com ən çox enerji sərf edən proqramları sizə təqdim edir. Bu proqramlardan az istifadə edərək və ya silərək telefonunuzu uzun müddət istifadə edə bilərsiniz.

Olduqca məşhur olan “Facebook” , “Twitter”, “Snapchat”, “Messenger”, “İnstagram”, “Gmail”,  kimi sosial platform proqramları həmçinin  “Google Chrome”, “Shazam”, “Spotify Music”, “Clean Master” və digər antivirus yükləmələri ən çox enerji istifadə edən proqramlardır.