Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün yediklərimiz və içdiklərimiz çox önəmlidir.

“Ölkə.Az” xəbər verir ki, həkimlər bu  müddət ərzində halsızlıq, yorğunluq və bəzi xəstəliklərə məruz qalmamaq üçün iftardan sonra gilas məsləhət görür.

Kifayət qədər faydalı meyvə olan gilası iftardan iki saat sonra yemək orqanizm üçün çox faydalıdır.

1. İmmunitet sistemini gücləndirir

Həkimlər bildirirlər ki, iftardan 2 saat sonra qəbul etdiyimiz gilas immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərə qarşı qoruyur.

2. Rahat yuxunu təmin edir

Yatmadan əvvəl qəbul etdiyimiz gilas orqanizmdə azalan melatonini tamamlayır və yuxuya getməni asanlaşdırır.

3. Xərçəng riskini azaldır

Gilas anti oksidant təsirə malikdir. Bu səbəbdən xərçəngə qarşı qalxan rolunu oynayır. 4. Ürək-damar sistemini qoruyur

Gilas ürəyin dostudur. Tez-tez gilas yemək ürək-damar sisteminin sağlamlığını qoruyaraq infarktın qarşısını alır.

5. Orqanizmdəki yağları yandırmağa kömək edir

6. Yaddaşı möhkəmləndirir