Amerika Federal Məhkəməsi Donald Trampa “Twitter”də qadağa qoyub. Tramp tərəfindən sosial şəbəkədə bloklanan şəxslər məhkəməyə müraciət ediblər. Məhkəmə isə Amerika Prezidentinin bu hərəkətinin qanunsuz olduğunu, ifadə azadlığının məhdudlaşdırıldığını bildirib. Qərardan sonra həmin şəxslər qara siyahıdan çıxarılıb.

AzEuroNews.com bildirir ki, Trampın “Twitter” hesabında 52 milyondan çox izləyicisi var. Aralarında məşhur yazıçı, aktyorlar, professor da olan qara siyahıya salınan şəxslər prezidentin heç bir paylaşımlarını görə və onunla əlaqə qura bilmirdilər.