Bananın çox faydalı meyvə olduğu hər kəsə məlumdur. Elm adamları tropik meyvənin faydalı xüsusiyyətlərinin onun rəngindən də aslı olduğunu bildiriblər. Rənginə görə bananın faydaları müxtəlifdir.

AzEuroNews.com bildirir ki, adətən yaşıl rəngli banana arıqlamaq istəyənlər üstünlük verir.

Sarı rəngdə olan banan antioksidantlarla zəngin olduğu üçün bədəni soyuqdəymədən qoruyur. Həmçinin bu bananın tərkibində olan yüksək səviyyəli depomin ürək xəstəlikləri riskindən də qoruyur.

Qəhvəyi rəngdə qabıqlı banan isə sümüklərə və ürəyə faydalı olan maddələrlə zəngindir. Eyni zamanda depresyon və yuxusuzluq kimi psixoloji xəstəliklərin öhdəsindən də gəlməyə kömək edir.