“Real Madrid”dən sürpriz şəkildə ayrılan baş məşqçi Zinəddin Zidan Qətər futbol Federasiyasının təklifini qəbul edib.

Publika.az xəbər verir ki, bu iddia İspaniyanın AS nəşri tərəfindən yayımlanıb.

İddiaya görə, Zidan Qətərdən gələn 4 illiyinə 200 milyon avro təklifinə “hə” cavanı verib.

Qətər Futbol Federasiyası fransalı baş məşqçinin milli komandanın başına keçməsi üçün illik 50 milyon avro təklif etmişdi. Bu isə Zidanın bir günə 100 000 dollar qazanması deməkdir. Zidan Qətər millisinə rəhbərlik edəcəyi təqdirdə, dünyanın ən çox qazanan baş məşqçisi olacaq.

Qeyd edək ki, Zidan “Real”ın prezidenti Florention Perezdən “Çelsi”li Eden Hazardla “Mançester Yunayted”li Devid De Xeanı almasını istəmiş, lakin prezident bu təklifi qəbul etməmişdi. Tərəflər arasında yaranan anlaşmazlıqdan sonra Zidan mətbuat konfransı keçirmiş və istefa verdiyini açıqlamışdı.