ABŞ prezidenti Donald Tramp erməni porno-ulduz Kim Kardaşyanın xahişi ilə narkotik satışına görə ömürlük həbsə məhkum olunmuş 63 yaşlı Elis Consonu əfv edib.

Oxu.Az xəbər verir ki, CNN telekanalının Ağ evin bəyanatına istinadla verdiyi xəbərdə qadının qısa müddət sonra azadlığa çıxacağı bildirilib.

“Conson keçmişdə baş verənlərə görə məsuliyyəti dərk edib və 20 il müddətində nümunəvi məhbus olub. Ömürlük həbsə baxmayaraq, Elis öz reabilitasiyası üçün həbsxanada çox işləyib”, – sənəddə deyilir.

Qeyd edilib ki, ABŞ administrasiyası hər zaman cinayətkarlara qarşı sərt mövqe tutur, ancaq eyni zamanda hesab edir ki, cəmiyyət qarşısında borcunu ödəyən və inadla çalışan şəxsə ikinci şansı vermək olar.

Consonun azadlığa çıxacağı vaxt açıqlanmayıb.

Kardaşyan “Twitter” hesabında yazıb ki, bu onun üçün çox yaxşı xəbərdir.

Porno-ulduz Trampla mayın 30-da görüşüb.