Müğənni Elton Hüseynəliyev qəzaya düşüb. AzEuroNews.com-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə bu dəqiqələrdə Bibiheybət yolunda baş verib.

Sənətçinin həyat yoldaşı Tamilla xanım hadisəni təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanaya gedir: “Özü ilə danışmışam, 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Vəziyyəti kafidir.  Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur”.

Avtosfer.az-ın məlumatına görə, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.