“Bakı Metopoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Bənövşəyi xətt” üzrə tikilməkdə olan “B 3” şərti adlı stansiyada tikinti işləri sürətləndirilib.

Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Hidayət Məmmədov bildirib ki, artıq stansiyada müasir avadanlıqların quraşdırılmasına başlanılıb:

“Stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır”.